Dünya futbolu
"Neftçi" mərhələ adlamağa layiq idi" – Mostovoyun şərhi
"Açığı, oyundan əvvəl "Arsenal"ın qələb?…
"Açığı, oyundan əvvəl "Arsenal"ın qələbə qazanacağını düşünmürdüm" – bunu rusiyalı futbol veteranı Aleksandr Mostovoy deyib.
Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşan Tula "Arsenal"ı hər iki matçda məğlub olaraq (0:1, 0:3) mübarizəni dayandırıb. Yerli mətbuata açıqlamasında həmyerlilərinin çıxışını dəyərləndirən Mostovoy "Neftçi"nin "Arsenal"dan güclü olduğunu etiraf edib: "Aydındı ki, onlar bütün gücləri ilə irəli atıldılar. Ancaq "Neftçi"nin futbolçularının səviyyəsi aşağı deyil, hətta tulalılardan yüksəkdi. Onlara azərbaycanlı deyə bilmirəm, çünki orda çox əcnəbi futbolçu var. Nəticə ürəkağrıdıcı olsa da, "Neftçi" mərhələ adlamağa layiq idi".
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrail klubu "Bney Yehuda" ilə qarşılaşacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu