Ölkə futbolu
“Neftçi”nin rekordları – hamısı bir oyunda
Avropa Liqasında mübarizə aparan “Neftçi” II…
Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununda Rusiya “Arsenal”ını üç cavabsız qolla məğlub edib. Tula təmsilçisini səfərdə 1:0, Moldova “Speranta”sını bundan əvvəlki raundda 3:0 və 6:0 hesabı ilə üstələyən bakılılar uğurlu seriyalarını davam etdirməyi bacarıblar.
Bununla da Azərbaycanın ən titullu klubu özünün və ölkə futbolunun tarixinə bəzi rekordlar yaza bilib. Görüş təkcə rekordlar deyil, həm də yubileylərlə əlamətdar olub.
“Neftçi” avrokuboklar tarixində özünün 20-ci qələbəsini qazanıb. Bu göstəricidə Azərbaycan klubları arasında ikinci olan bakılılar yalnız “Qarabağ”dan geri qalır. Paytaxt təmsilçisi yubiley qələbəsini 62-ci matçında əldə edib.
Azərbaycan klubları Avropa Liqasında 200-cü qolunu vurub. Bu qolun müəllifi Dario Frederiko olub. Turnirin yeni format və adla keçirildiyi 2009-cu ildən indiyədək 182 matç keçirən təmsilçilərimiz ümumilikdə 201 dəfə fərqlənib.
“Neftçi” öz tarixinin rekorduna imza atıb. Bakı klubu indiyədək heç vaxt bir mövsümdə 4 qələbə qazanmayıb.
“Neftçi” ardıcıl qələbə sayını 4-ə çatdırmaqla klub tarixinin rekordunu vurub. Paytaxt təmsilçisi indiyədək Azərbaycanda yalnız iki klubun bacardığını təkrarlamaqla ölkənin rekorduna şərik çıxıb. Bunadək “Qarabağ” 2011-13, “İnter” 2013-14-cü illərdə ardıcıl 4 dəfə qalib gəlib. Avqustun 8-də “Bney Yehuda” (İsrail) üzərində qələbə qazanılsa, mütləq Azərbaycan rekordu rəsmiləşəcək.
“Neftçi” avrokuboklarda quru seriyasını 4-ə çatdırmaqla klub rekordunu yeniləyib. “Ağ-qaralar” həm də Azərbaycan rekordunu təkrarlayıb. Bunadək “İnter” 2015-17, “Qarabağ” 2018-ci ildə ardıcıl 4 matçda qol buraxmamışdı. Artıq gələn həftə bakılılar mütləq rekordçu ola bilər. Bunun üçün “Bney Yehuda”dan qol buraxmamaq kifayətdir.
“Neftçi” avrokuboklarda ardıcıl 4 quru hesablı qələbə qazanan ilk Azərbaycan komandasıdır. Bunadək heç bir klubumuz bunu bacarmayıb.
“Neftçi” cari mövsümdə 3-cü dəfə rəqibini böyük hesabla məğlub edib. Bu, Azərbaycan futbolu tarixində yeni rekorddur. İndiyədək bir komanda mövsümdə ən çoxu 2 belə qələbə əldə edib. “Qarabağ” 2011 və 2018-ci illərdə bunu bacarıb.
“Neftçi” ardıcıl ikinci ev oyununda böyük hesabla qələbə qazanıb. “Bakcell Arena”da baş tutan mövsümün hər iki matçı 3:0 hesabı ilə başa çatıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var