Dünya futbolu
Malkom rəsmən “Zenit”də
İspaniyanın “Barselona” klubunun futbolçusu Malko…
İspaniyanın “Barselona” klubunun futbolçusu Malkomun Rusiya çempionu “Zenit”ə transferi tam rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Rusiya mətbuatının yazdığına görə, bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisinin əlavə 5 milyon avro bonus əldə etmək şansı da var. Malkom özü isə yeni klubunda ilinə 8 milyon avro qazanacaq.
Ötən mövsüm “Bordo”dan 41 milyon avro müqabilində transfer olunan Malkomun “Barsa” ilə 2023-cü ilədək müqaviləsi var idi. O, İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə