Dünya futbolu
Messiyə ağır cəza
Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina millisin…
Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina millisinin hücumçusu Lionel Messiyə üç aylıq cəza tətbiq edib. Belə qərarın verilməsinə futbolçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı onun Cənubi Amerika futbol məmurlarını tənqid etməsi səbəb olub.
O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.
Qərarın noyabrın 3-dək qüvvədə olduğu müddətdə Messi milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq. "Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.
Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq