Ölkə futbolu
“Qarabağ”ın Kiprə səfər proqramı
Çempionlar Liqasının üçüncü təsnifat m…
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-sı APOEL-lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub. Klubun mətbuat xidmətindən verilən xəbərə görə, Ağdam təmsilçisi avqustun 4-ü, yerli vaxtla saat 17.30-da çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19.30-da enəcəyi planlaşdırılır.
Avqustun 5-i yerli vaxtla saat 19.15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 19.30-da isə komandanın oyunun keçiriləcəyi Nikosiya stadionunda məşqi nəzərdə tutulub.
Avqustun 6-sı Bakı vaxtı ilə saat 21.00-da “Qarabağ”ın APOEL-lə görüşü başlanacaq. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq