Dünya futbolu
Premyer Liqa klubunda 18 milyonluq hücumçu
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Nitsa” klubundan Allan Sen-Maksimeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.
“Nyukasl” Sen-Maksimen üçün “Nitsa”ya 18 milyon avro təzminat ödəyib. Amma Fransa təmsilçisinin əlavə bonuslar qazanmaq şansı da var.
Son mövsümdə Liqa 1-də 34 oyuna çıxan fransız hücumçu 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayan forvard, daha öncə “Sent-Etyen”, “Monako”, “Hannover”, “Bastiya” klublarında da forma geyinib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq