Ölkə futbolu
“Qarabağ” APOEL üçün başlayır
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü t?…
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə Kiprin APOEL klubuna qarşı keçirəcək.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gündən etibarən bu matçın hazırlığına start verəcək.
Avqustun 6-da, Nikosiyada keçiriləcək APOEL – “Qarabağ” matçına saat 21:00-da start veriləcək. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.