Ölkə futbolu
“Keşlə” Bakıya Frutosla gəlir
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə&rdq…
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” dünən hazırlıq çərçivəsində sonuncu yoxlama matçını keçirib. Qonşu ölkənin aşağı liqa təmsilçisi “Batman Petrolspor”la matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Futbolinfo.az xəbər verir ki, matçda son nöqtəni Vüsal İsgəndərli qoyub. Hesabı açan Lorenso Frutos isə futbolsevərlərimizə tanış deyil. Baş məşqçi Tərlan Əhmədov paraqvaylı forvardı toplanış ərzində sınayıb və bəyənilib. O, bu gün vətənə dönəcək “Keşlə” ilə müqaviləni razılaşdırıb.
Birillik anlaşmaya imza atacağı gözlənilən Frutos ilk dəfə Amerika qitəsindən kənarda top qovacaq. 30 yaşlı forvard son olaraq Venesuelanın “Deportivo” (Lara) klubunun uğurları üçün çalışıb. O, daha öncə Paraqvayın “Sol de Amerika”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Sante Tekla” klublarında forma geyinib.
300 min avro transfer dəyəri olan Lorenso Bakı klubunda ilinə 120 min dollar qazanacaq.