Ölkə futbolu
“Fasilədən sonra daha yaxşı oynadıq”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Tü…
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Gənclərbirliyi” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 2:4 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
"Gənclərbirliyi" bu il Türkiyə Super Liqasına vəsiqə qazanıb. Start heyətlərində 7 legioner var idi. Komandamız ilk dəqiqələrdə oyuna uyğunlaşmaqda çətinlik çəkdi. Birinci hissədə 1:2 hesabıyla məğlub olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun məntiqi nəticəsi kimi gənc hücumçumuz Emil Qasımov hesabı bərbərləşdirdi. Bu yoxlama oyunudu. Buna görə, hamıya şans verdim. Oyunda bəzi boşluqlarımız oldu. Xüsusilə, yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi. Bunun da nəticəsində rəqib iki qol vurdu. Bu oyunda çatışmayan cəhətlərimizi gördük. Premyer Liqanın ilk turuna kimi çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq".
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı