Dünya futbolu
Musa əl-Taamari Bakıda qələbəyə inanır
APOEL-in aparıcı futbolçularından olan Musa əl-Taamari sosi…
APOEL-in aparıcı futbolçularından olan Musa əl-Taamari sosial şəbəkə vasitəsilə paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək qarşılaşma barədə yazıb.
22 yaşlı hücumameyilli oyunçu evdəki 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab görüşündə bunu sığortalayacaqlarına inanır. O, paylaşımında komanda yoldaşlarını həvəsləndirməyə çalışıb: "Özünüzə və liderinizin dürüstlüyünə güvənin. Lazım olan nəticəni qazanmaq bizim əlimizdədi".
Musa əl-Taamari zədəli olmasına baxmayaraq, "Qarabağ"la qarşılaşmada iştirak etmişdi. Onun cavab matçında meydana çıxıb-çıxmayacağı bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, "Qarabağ" – APOEL matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.