Dünya futbolu
APOEL-də daha bir itki
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind?…
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-də növbəti itki baş verib.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Alef dos Santos sıradan çıxıb.
Braziliyalı futbolçu dünən ikinci liqa təmsilçisi "Ayia Napa" ilə keçirilən yoxlama görüşündə zədələnib. 24 yaşlı oyunçunun zədəsi ciddi olmasa da, "Qarabağ"la cavab matçına yetişib-yetişməyəcəyi bilinmir.
Bundan başqa, mərkəz müdafiəçisi Vuyadin Saviç komandanın son məşqinə qatılmayıb. Serbiyalı oyunçu qarın nahiyəsində ağrılar hiss edib.
Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək. Nikosiyadakı ilk qarşılaşmada təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.