Dünya futbolu
“Bakıya xəyalımızın dalınca gedirik”
APOEL-in yarımmüdafiəçisi Uroş Matiç sosial şə…
APOEL-in yarımmüdafiəçisi Uroş Matiç sosial şəbəkə vasitəsilə paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, serbiyalı futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək cavab qarşılaşması barədə yazıb.
29 yaşlı oyunçu öz meydanlarındakı məğlubiyyətə (1:2) baxmayaraq, Bakıya ümidli yollanacaqlarını vurğulayıb. "Mançester Yunayted"də çıxış edən Nemanya Matiçin qardaşı olan Uroş paylaşımında hələ də mərhələ adlamaq ümidini itirmədiklərini vurğulayıb: "Təslim olmaq? Biz xəyalımızın dalınca gedirik. Qələbə və növbəti mərhələ ümidimizi itirmirik". (matc.az)
Qeyd edək ki, "Qarabağ" – APOEL görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.