Dünya futbolu
APOEL yeni baş məşqçisini açıqladı
APOEL-in yeni baş məşqçisinin adına aydınlıq gəlib. …
APOEL-in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Kipr klubu rəsmi saytı vasitəsilə yeni çalışdırıcını təqdim edib.
Rəhbərlik öncədən də gözlənildiyi kimi, Tomas Dolla anlaşıb. Almaniyalı mütəxəssis Nikosiya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu da o deməkdi ki, APOEL-i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyununa Doll çıxaracaq.
Nikosiyada baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Məhz həmin məğlubiyyətə görə, kiprlilər italiyalı baş məşqçi Paolo Trametsanini istefaya göndərmişdi.
Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi