Ölkə futbolu
"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində ke&ccedi…
Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – APOEL cavab matçına maraq böyükdür.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında bu oyun üçün artıq 5 min biletin satıldığını bildirib. Biletlərin hamısının matç gününə kimi satılıb qurtaracağı gözlənilir.
Qeyd edək ki, biletlər dünəndən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.Biletlərin satış məntəqələri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dır (onlayn).
Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq. "Qarabağ" səfərdəki oyunda 2:1 qalib gəlib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi