Dünya futbolu
Premyer Liqa klubu tarixinin ən bahalı transferini etdi
İngiltərənin “Uotford” klubu heyətini yeni futbol&cced…
İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Renn” klubunun seneqallı vingeri İsmaila Sarrı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Seneqallı yarımmüdafiəçinin transferi yeni klubuna 30 milyon avroya başa gəlib. Bununla da Sarr “Uotford” tarixinin ən bahalı transferinə çevrilib.
“Renn” Sarrı 2017-ci ildə 17 milyon avro qarşılığında “Mets”dən transfer etmişdi.
Gənc futbolçu indiyə qədər Seneqal yığmasında 21 oyun keçirib, 3 qol vurub. O, ötən mövsüm “Renn”də 50 oyuna 13 qol, 8 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib