Dünya futbolu
"Bney Yehuda"nın futbolçusunun qolu qırıldı
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi&…
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" qələbəni əldən verməklə yanaşı, bir futbolçusunu da itirib. Müdafiəçi Paz Ben Ari sıradan çıxıb. Qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan 23 yaşlı futbolçu sağ qolundan xəsarət alıb.
Hakimin son fiti öncəsi zədələnən mərkəz müdafiəçisi dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu ilə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Qolu gipsə salınan futbolçu gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra zədənin durumunun dəqiqləşdirilməsi üçün növbəti dəfə tibbi testlərdən keçəcək.
Qeyd edək ki, "Bakcell Arena"da keçirilən "Neftçi" – "Bney Yehuda" görüşü 2:2 hesabı ilə nəticələnib. Komandalar arasında cavab matçı avqustun 15-də Tetah Tikvadakı "HaMoşava" stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib