Dünya futbolu
UEFA Tiflis “Dinamo”sunu cəzalandırdı
UEFA Gürcüstanın “Dinamo” (Tiflis) klubunu cəz…
UEFA Gürcüstanın “Dinamo” (Tiflis) klubunu cəzalandırıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “Dinamo” azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunu zamanı irqçi davranışları olub.
UEFA Tiflis təmsilçisinə 50 min avro və 1 oyun azarkeşsiz oynama cəzası verib.
Bundan başqa, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Feyenoord”la cavab oyununda Boris Payçadze adına “Dinamo” stadionunda #EqualGame banneri asılmalıdı.
“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda “Dinamo”ya məğlub olaraq (ilk oyun 0:2, cavab oyunu 0:3), mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib