Dünya futbolu
“Tottenhem”də yeni müqavilə
İngiltərənin “Tottenhem” klubu futbolçusu Lukas …
İngiltərənin “Tottenhem” klubu futbolçusu Lukas Moura ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi London klubu ilə müqavilə müddəti 2024-cü ilin iyununa qədər olan yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Moura 2018-ci ilin yanvarında PSJ-dən İngiltərə təmsilçisinə transfer olunub. O, ötən mövsüm 49 matçda 15 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçunun “Tottenhem”lə əvvəlki müqaviləsinin müddəti 2023-cü ilə qədər idi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib