Dünya futbolu
“Qarabağ”ın potensial rəqibində yeni müqavilə
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off …
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan Hollandiyanın “Ayaks” klubu futbolçusu Hakim Ziyexlə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mərakeşli hücumameylli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb. Əvvəlki müqavilə 2021-ci ilə qədər idi.
Ziyex 2016-cı ildə “Tvente”dən "Ayaks"a transfer olunub. O, ötən mövsüm Hollandiya çempionatında 29 matçda 16 qol vurub.
“Ayaks” bir neçə gün öncə digər aparıcı futbolçusu David Nereslə də yeni müqavilə imzalandığını açıqlamışdı.
Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK – "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib