Dünya futbolu
Türkiyə klubundan daha bir transfer
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbol&c…
Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Fernando Boldrini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmır.
Xatırladaq ki, müqavilə ilə “Kayserispor”a məxsus olan Boldrin ötən mövsüm icarə əsasında da “Rizəspor”da çıxış edib. O, bu komandada 30 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Kayserispor”a 2017-ci ildə Rumıniyanın “Styaua” klubundan transfer olunan Boldrin, karyerası ərzində “Astra”, “Konkordiya”, “Velo”, “Araponqas”, “Slovan” (Liberets), “Portuqesa” kimi komandalarda da oynayıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə