Dünya futbolu
İngiltərə Premyer Liqasından “Fənərbaxça”ya – RƏSMİ
Türkiyənin “Fənərbaxça” klubu heyətini yen…
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Haddersfild” klubunun müdafiəçisi Matias Zanka Yorgenseni transfer edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı danimarkalı mərkəz müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
Danimarka yığmasında 20-dən çox oyun keçirmiş Yorgensen, peşəkar karyerasına ölkəsinin “Kopenhagen” klubunda başlayıb. O, bir müddət Hollandiya təmsilçisi PSV-də legioner həyatı yaşayıb. 2017-ci ildən isə “Haddersfild”in uğurları üçün çalışırdı. Zanka bu komandanın heyətində ötən mövsüm Premyer Liqada 24 matçda 3 qol vurub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq