Bizi izləyin

Dünya futbolu

İlk məşqçi istefası harada olacaq?

Premyer Liqada yeni mövsüm başlayır. Deməli, yenə maraql…

blank
Premyer Liqada yeni mövsüm başlayır. Deməli, yenə maraqlı oyunlar, gözlənilməz hadisələr, qəribə proseslər izləyəcəyik. “Qalib gələn komanda, uduzan məşqçi olur” deyirlər. Bu səbəbdən məşqçi istefaları da qaçılmaz olacaq. Elə ilk turlardan sonra uğursuzluğa düçar olanlar öz aqibətini də müəyyənləşdirəcək.
 
Bəs, ilk istefaya əsas namizəd kimdi? Bu sualın cavabını jurnalistlərdən almaq istədik.Onların ehtimalları böyük ölçüdə üst-üstə düşdü.
 
Elçin Cəlilov (Futbolpress.az): “2 namizədim var – Ayxan Abbasov və Aftandil Hacıyev. Ayxan bəy ona görə ki, “Sumqayıt”da istədiyi heyəti yığa bilməyib, əsəbləşib çıxacaq. Hacıyevin komandasında baş verən proseslər də hamıya aydındı. “Səbail”in nəticələri pis olanda ya özü gedəcək, ya da istefaya göndərəcəklər”.
 
İlkin Vaqifoğlu (Sportinfo.az): “Reallıq və mövcud vəziyyət başqadı. Nəyisə nəzərə almaq olar, nizama salmaq bir qədər çətin məsələdi. Eləcə də proqnoz vermək. Ötən mövsümün yekununa əsasən, 3 baş məşqçinin postunu tərk etməsi qaçılmaz idi. Söhbətin kimlərdən getməsi, yəqin ki, aydındı. Lakin hər üç məşqçiyə nəinki “gözün üstdə qaşın var” deyən oldu, hətta onlarla müqavilənin müddəti uzadıldı. Halbuki onlar qarşıya qoyulan məqsədə çatmamışdı və qalmaları üçün səbəb və ya əsas yox idi. Nə möcuzə baş verdisə, həmin klubların rəhbərləri reallığın ziddinə getdi, işğirliyini bitirmədi. Belə götürəndə, Azərbaycanda Qurban Qurbanovdan savayı bütün baş məşqçilərin kreslosunun ayaqları möhkəm deyil. Bircə o dəqiqdi ki, Qurban müəllimi “Qarabağ”dan göndərən olmayacaq. Yalnız özü nə vaxt işini bitmiş sayacaq, onda da “sağ olun, mən getdim” deyəcək. Digərlərinin belə bir səlahiyyəti və krediti yoxdu. Qurbanov “Qarabağ”da istədiyi qədər qalmağa haqq edib. Fikrimcə, Premyer Liqanın yeni mövsümündən çox şey gözləməyə dəyməz. Üç-dörd klub güclənib, üç-dörd klub zəifləyib. İstefaya gəlincə, bu, hələ ilk dövrənin gedişində qeydə alına bilər. Bir yox, bir neçə belə qərarın açıqlanması gözləniləndi. Çempionatın 8 iştirakçısı var, onların da cəmi 2-3-ü müstəqildi. Əksər klublar bir mərkəzdən idarə olunduğundan, rəhbərlərə əsasən “sözəbaxan” məşqçilər sərf edir, nəticə hardasa ikinci dərəcələdi. Normal çempionat keçirilmir ki, normal da proqnoz vermək mümkün olsun”.
 
Rəşad Ergün (Komanda.az): “Bizim futbolda hər şey sanki donub. Son mövsumdən sonra sonuncu yeri tutan komandada da, orta sırada qərarlaşan komandada da baş məşqçilərin işi rəhbərliyi qane etdi. Düşünmürəm ki, mövsumün əvvəllində istefa olsun. Amma mövsumun ortalarına doğru istefa ola bilər. "Sumqayıt"da, "Keşlə"də istefa daha erkən ola bilər. Bir də "Səbail"i əlavə etmək olar. Bu komandalar AFFA-ya bağlıdı və son mövsumlər gostərdi ki, istefalar daha çox federasiyadan maliyyələşən klublarda olur. Bu komandalardan hansısa birində uğursuzluq baş məşqçinin başında çatlayacaq”.
 
Anar Xanlarov (Rekord.az): “Bir neçə tur ardıcıl uğursuzluq fonunda Qurban Qurbanovdan başqa istənilən məşqçini bu təhlükə gözləyir. Bu sırada kimin ilk olacağı ilə bağlı konkret ad çəkmək çətindir. Uğursuzluq şansı daha yüksək olan klublar sırasında "Səbail", "Qəbələ" və "Sumqayıt"ı qeyd edərdim. Amma mənə görə bu təhlükəyə ən yaxın şəxslər Aftandil Hacıyevlə Ayxan Abbasovdur. Çünki "Qəbələ" rəhbərliyi sübut etdi ki, uğursuzluq olsa belə, onlar Sənan Qurbanova inanırlar.  "Səbail"in durumu ortadadır. Pulsuz hara qədər oynaya bilərsən? Düşünürəm ki, uğursuz nəticələr bir-birini əvəz eləsə, Hacıyev postunda çox qalmayacaq. Heç pulsuz işləmək onu da çətin ki, razı sala. "Sumqayıt"da isə vəziyyət fərqlidir. Burada rəhbərlik Ayxan Abbasovdan  ikiəlli yapışıb. Amma düşünürəm ki, "Sumqayıt" mövsümə uğursuz start verib 3 tur qələbəyə həsrətq qalsa, Abbasov özü başını götürüb "Sumqayıt"dan qaçacaq”.
 
Amal Abuşov (Sport7.az): “Çox güman ki, Ayxan Abbasov olacaq. "Sumqayıt" artıq ciddi bir elita klubu olmaqdan çıxıb, Riad Rəfiyev özü də bu "layihə"yə barmaqarası baxır. İlk 3 turdan sonra Abbasovun əsəbləri tab gətirməz və 3-cü cəhddə gedər”.
 
Şamo Quliyev (Report.az): “Komandaların heyətlərini və yay fasiləsində klubların transfer bazarındakı fəaliyyəti nəzərə alsaq, "Qarabağ" və "Neftçi"nin çempionluq uğrunda mübarizə aparacaqlarını, "Zirə" və "Sabah"ın isə "üçlüy"ə düşmək baxımından iddialı olacağını söyləyə bilərəm. İstefaları isə digər 4 klubdan – "Səbail", "Keşlə", "Sumqayıt" və "Qəbələ"dən gözləmək olar. İlk baş məşqçi dəyişikliyinin "Səbail" və ya "Qəbələ"də olacağını təxmin edirəm".
 
Sənan Abdullayev (Xəzər TV): “Məncə, ilk olaraq Aftandil Hacıyev istefa verəcək. Hətta bunun mövsüm başlayana qədər reallaşmaq ehtimalını yüksək sayıram. Bir məşqçinin gözünün önündə hamı rahatlıqla çıxıb gedirsə, o da çox qala bilməz. Çünki qısa müddətdə, amma böyük əziyyətlə qazanılan uğurun asanlıqla "çeynənmək" şansı var. İkinci yerdə Samir Abasovdu. Məhz onun tələbiylə "Zirə" üçün ən pik səviyyədə xərclər – transferlər edilib. Bunu cüzi də olsa, ona bağışlamayacaqlar. Mənə görə Abasov ən böyük səhvi əldə olan pulu yerlilərə xərcləməklə edib. Bizimkilər onu şamsız qoyacaqlar. Digər ehtimal Ayxan Abbasovdu. Bu komanda ilə nəsə edəcəyinə inanmıram. Hə, bir də ilk gündən çemodanına ən sıx oturan məncə, Elşad Əhmədov olacaq. "Sabah"ın böyük hədəfləri çox ağır yükdür. Qaldırmaq çətin olacaq”.
 
İxtiyar Əsgərov (Matc.az): “Fikrimcə, qış fasiləsinədək 3 komandada məşqçi istefası reallaşa bilər. Bunlardan ikisi avrokuboklarda mübarizəni dayandıran klublardı. "Səbail" daxilində baş verən son proseslərdən sonra Aftandil Hacıyevin yaza "sağ-salamat" çıxacağına inamım çox azdı. Avrokuboklardakı uğursuzluğun ardından bəzi legionerlərlə yollar ayrılıb, bir neçə yerli futbolçuların da komandadan gedəcəyi barədə xəbərlər var. Bu səbəbdən iddiası azalan "Səbail"in ardıcıl xal itkilərindən sonra Hacıyev postunu itirəcək. Avrokuboklarda Tiflis "Dinamo"su ilə görüşlərdə qapısından 5 top cavabsız buraxan "Qəbələ"də ən zəif bənd baş məşqçi Sənan Qurbanovdu. Səhv eləmirəmsə, ötən mövsüm "Zirə" ilə görüşdən sonra Qurbanov komandadan getmək fikrinə düşmüşdü. Yəqin ki, bu dəfə rəhbərlik ona nə vaxt verəcək, nə də güzəşt edəcək. Elə "Zirə"nin baş məşqçisi Samir Abasov da iynə üstündə oturub. Onun ötən mövsümün sonunda istefaya göndəriləcəyi gündəmdə idi. Amma son anda nə baş verdisə, Abasov müəyyən qüvvələrin sayəsində komandada qaldı, əvəzində təxminən 1 ay öncə isə klub prezidenti Natiq İsmayılov gözlənilmədən istefa verdi. Görünən odu ki, "Zirə"də Abasovdan razı deyillər. Futbolçular, inzibati heyət onlarla bəzən təhqiredici tonda danışan Samir bəydən narazıdı. Azərbaycan reallıqları var, yəqin ki, "torba" bahasına olsa belə, Abasov mövsümü "Zirə"də başa vurmayacaq”.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm