Ölkə futbolu
5 milyon avroluq oyun
Bu gün Çempionlar Liqasının üçüncü…
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ” mərhələ adlayacağı halda maddi tərəfdən də yüksək qazanc əldə edəcək. ÇL-də pley-offa yüksələn komanda ən azı 5 milyon avro gəlir əldə edir.
Bu məbləğ komanda pley-off-da uduzacağı halda kluba ödəniləcək. ÇL-də qrupa yüksələcəyi təqdirdə isə “Qarabağ” daxil bu mərhələnin bütün 32 iştirakçısına 15,25 milyon (üstəgəl əlavə bonuslar) veriləcək. Deməli, “Qarabağ” mərhələni keçsə, təkcə özünün və ölkəmizin reytinq xalını yüksəltməyəcək, həm də maddi gəlirini artırmış olacaq.
“Qarabağ” APOEL səddini adlaya bilməyib, Avropa Liqasının pley-off-una düşsə, o halda həmin mərhələyə qədərki gəliri xeyli azalacaq. Bu zaman “Qarabağ”ın UEFA-dan alacağı mükafatın məbləği 1 milyon 140 min avro təşkil edəcək (birinci mərhələ üçün 280 min, ikinci mərhələ üçün 380 min, üçüncü mərhələdə iştirak üçün 480 min avro) .
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının qrupunda oynayacaq 48 komanda üçün isə 2,92 milyon avro mükafat nəzərdə tutulub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq