Ölkə futbolu
“Futbolçularımız “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ&rdqu…
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Şimali İrlandiyanın “Linfild” komandasının baş məşqçisi Devid Hili açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Hili, Azərbaycan çempionu ilə görüşü səbirsizlikə gözlədiklərini bildirib:
“Komandamızın üzvləri paltardəyişmə otağında onlara dediklərimizi meydanda yaxşı icra edirlər. Futbolçularımız “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər.
Növbəti həftə klubumuz üçün böyük oyun oynaya biləcəyimiz üçün çox şadam. Əlbəttə, asan olmayacaq, amma biz hər dəqiqədən həzz alaraq oynayacağıq”.
“Qarabağ” pley-off mərhələsinin ilk oyununu avqustun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.