Dünya futbolu
“Onları “Qarabağ”la çətin sınaq gözləyir”
Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil &ldqu…
Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil “Linfild” klubunun Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar haqda fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, o, “Linfild”i çətin oyunlar gözlədiyini deyib:
“Linfild” klubunun etdikləri çox yaxşıdır. Bununla onlar Şimali İrlandiyanın digər komandalarına da sübut etdilər ki, yaxşı hazırlıq keçdiyin təqdirdə, uğur qazana bilirsən. Ümid edirəm ki, komandanın bu çıxışı digərlərini də ruhlandırar.
Onları “Qarabağ”a qarşı çətin sınaq gözləyir. Əminəm ki, Devid Hili komandanı “Qarabağ”a qarşı yüksək motivasiya ilə hazırlayacaq”.
“Qarabağ” pley-off mərhələsinin ilk oyununu avqustun 22-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.