Dünya futbolu
Poqba Zidanla prezidentin arasını vurdu
“Real"ın baş məşqçisi Zinəddin Zidan postunu t?…
“Real"ın baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər. Madrid klubunun rəhbərliyi “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək istəmədiyi üçün 47 yaşlı mütəxəssisin belə bir addım atması mümkündür.
“Real”ın prezidenti Florentino Peresin Fransa yığmasının yarımmüdafiəçisini almaq istəməməsindən sonra onunla Zidanın münasibəti pozulub.
Zidan 2016–18-ci illərdə “Real”ın baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, UEFA Superkubokunun, La Liqa və İspaniya Superkubokunun qalibi olandan sonra öz istəyi ilə klubdan ayrılıb. O, bu ilin mayında yenidən baş məşqçi təyin olunub.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü