Dünya futbolu
Emil Balayevdən yeni “quru seriya”
“Tobol”da çıxış edən Azərbaycan millisinin &uu…
“Tobol”da çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstan çempionatında 339 dəqiqədir ki, qol buraxmır.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Tobol” klubunun rəsmi saytı məlumat yayıb. Balayevi bu göstəricidə “Kayrat”ın qapıçısı Stas Pokatilov izləyir. 26 yaşlı qolkiper 277 dəqiqədir ki, qapısında qol görmür.
Emil Balayev sonuncu dəfə iyulun 28-də, “Kaysar”la keçirilən görüşdə qol buraxmışdı. Onun komandası sözügedən qarşılaşmada 2 cavabsız qolla məğlub olmuşdu.
Emil cari mövsümdə Qazaxıstan çempionatında ən uzun “quru seriya”ya malik qapıçı ünvanını daşıyır. O, bundan əvvəl 683 dəqiqə qapısını toxunulmaz saxlamışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza