Dünya futbolu
Vidala yeni müqavilə
"Yuventus"un aparıcısı futbolçusu Artur Vidalla m&…
"Yuventus"un aparıcısı futbolçusu Artur Vidalla müqavilə yeniləməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Cüzeppe Marotta açıqlama verib.
Marotta artıq bütün sənədlərin hazır olduğunu və yalnız imza atmağın qaldığını bildirib. 26 yaşlı futbolçu ilə 2018-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir. Bu müddət ərzində futbolçu ilinə 4,5 milyon avro qazanacaq.
Qeyd edək ki, bu mövsüm 13 oyunda forma geyinən Vidal 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.