Dünya futbolu
Nazarov üçün 63 dəqiqə və 1 xal
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunl…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “Ştutqart”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Nazarov da bu matçın iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə iki qol vurmuş Dmitri bu oyunda fərqlənə bilməyib.
4 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı