Ölkə futbolu
Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”
Bu gün “Sabah”ın qonağı olacaq “Keşlə&rdqu…
Bu gün “Sabah”ın qonağı olacaq “Keşlə” ilk xa(lar)ını qazanmağa çalışacaq. Mövsümün açılış turunda “Qarabağ”a 0:1 hesabıyla uduzan komanda özünə gəlmək üçün “Əlincə Arena”da yenilməməlidi.
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyuna ciddi yanaşır. Futbolinfo.az-a açıqlama verən çalışdırıcı bunları deyib: “Mübarizəylə dolu, yaxşı bir oyun olacaq. Meydana 3 xal üçün çaxıcağıq. Komandamız həftəlik tsikldə normal işləyib. Ziya Əzizov və Ceyhun Muxtarlının simasında 2 zədəli oyunçumuz var, Emin Mehtiyev də cəza üzündən matçı buraxacaq. Buna baxmayaraq, hazırıq, son məşqimizi etdik və oyunu gözləyirik”.
Əhmədov qələbə qazanmaq üçün istəkli olmalarını vacib sayır: “Bu oyunda həddən artıq istəkli olmalıyıq. Qələbə üçün çox işləməli, əzmkarlıq göstərməliyik”.