Premyer-liqa
Azərbaycanda ilk perulu, “Zirə”də 40-cı legioner
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Neftçi&rdqu…
Azərbaycan Premyer Liqasının 2-ci turunun “Neftçi” ilə oyunu (1:0) daha iki futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, ilk turun “Səbail”lə qarşılaşmasında Elvin Camalovla Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu və Soni Norde ilk dəfə “Qartallar”ın heyətində rəsmi matça çıxmışdısa, bu dəfə Miloş Bakraçıa Alvaro Ampuero buna nail olub.
Bununla da “Zirə”nin Premyer Liqadakı oyunları tarixində iştirak edən futbolçuların sayı 79-a çatıb. “Neftçi” ilə görüşədək bu rəqəm 77-yə bərabər idi. Son matçadək “Zirə”nin Premyer Liqa qarşılaşmalarında 39 yerli və 38 əcnəbi şans qazanmışdı. Bakraçla Ampuero bu rəqəmi yubiley həddinə – 40-a çatdırıb.
Miloş klubun tarixində 3-cü monteneqroludu. Onadək Boyan Zoqoviçlə İqor İvanoviç bu ölkəni təmsil edib. Alvaro isə təkcə “Zirə” deyil, Azərbaycan çempionatlarının 27 illik tarixinə ilk perulu kimi düşüb. Ona qədər Premyer Liqada Perudan olan futbolçu çıxış etməyib.
“Zirə”də bunadək 26 ölkədən legioner oynamışdısa, Peru bu siyahıda 27-ci olub: Fransa – 4, Nigeriya, Serbiya, Monteneqro – hamısı 3, Braziliya, Haiti, Monteneqro, Paraqvay, Rumıniya – hamısı 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan, Peru – hamısı 1.
Qeyd edək ki, iki debütant hesabına bütün turnirləri nəzərə alsaq, “Zirə”nin heyətində çıxış edənlərin sayı 116-ya yüksəlib.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”