Dünya futbolu
Futbol tarixinin ən uğursuz komandası
Meksikanın “Verakrus” klubu futbol tarixinə düş&uu…
Meksikanın “Verakrus” klubu futbol tarixinə düşüb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq yerli çempionatın 7-ci turunda “Qeretaro”ya 0:5 hesabıyla məğlub olan “Verakrus”, ardıcıl 33 oyundur ki, qələbə qazana bilmir. Komanda bununla, futbol tarixinin ən uğursuz klubu ünvanını qazanıb.
“Verakrus” 2018-ci ilin 25 avqustundan etibarən oynadığı 33 qarşılaşmada 25 dəfə məğlub olub, 8 dəfə isə heç-heçə edib.
Bundan əvvəl futbol tarixinin ən uğursuz komandası İngiltərənin “Derbi Kaunti” klubu idi. Hazırda Çempionşipdə mübarizə aparan “Derbi Kaunti” ardıcıl 32 oyunda qələbə qazana bilməmişdi.