Dünya futbolu
"Qarabağ"ın sayəsində – irəliləmək şansımız var
"Qarabağ" UEFA reytinqində Azərbaycanın aktivinə daha 0…
"Qarabağ" UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Bu, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Şimali İrlandiya "Linfild"i üzərində 2:1 hesablı qələbə sayəsində mümkün olub.
Bununla da xallarını 17,750-yə yüksəldən Azərbaycan 26-cı pillədə qalsa da, irəliləmək imkanı qazanıb. Çünki hazırda daha irəli pillələrdəki 3 ölkədən yalnız Qazaxıstan (18,750 xal) mübarizəni davam etdirir. İsrail 19,625 xalla 23-cü, Belarus 18,875 xalla 24-cü pillədə olsa da, təmsilçisizdi.
Qeyd edək ki, Azərbaycan bu mövsüm 2,375 xal toplayıb. Bunların 1,250 xalı (4 qələbə, 2 heç-heçə) "Qarabağ"a, 1,125 xalı (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə məxsusdur. "Səbail" və "Qəbələ" isə reytinq xalı toplaya bilməyib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar