Dünya futbolu
Gerye təsdiqlədi: “Başqa klublarla razılaşmasaq, “Neftçi”yə keçəcəm”
“Qarabağ”dan ayrılan Donald Gerye “Neftçi&r…
“Qarabağ”dan ayrılan Donald Gerye “Neftçi”ylə müqavilə bağlamaq ərəfəsindədi. Haitili cinah oyunçusu “Futbolinfo”ya müsahibəsində xəbəri təkzib etməyib.
– Hazırda “Neftçi” ilə danışıqlar aparırıq. Müzakirələr gedir. Amma müqavilə imzalamamışıq.
– Bakıdasan?
– Yox, Bakıya gəlməmişəm. İndi Haitidəyəm.
– Belə xəbərlər yayılıb ki, siz “Neftçi”də “Qarabağ”dan aldığınız maaşdan 2 qat az alacaqsız?
– Yox, bu doğru deyil. Çünki biz hələ müqavilə bağlamamışıq. Sadəcə, müzakirələr aparırıq. Maaş məsələsi də müzakirə edilir.
– “Neftçi” sənin “Qarabağ”dan istədiyin 380 min dollar maaşı vermək gücündədir?
– Xeyr, aşağı məbləğ təklif ediblər.
– “Neftçi”dən başqa variantlar var?
– Əlbəttə ki, var. Başqa klublarla danışıq aparıram. Əgər onlar alınmasa, “Neftçi”yə keçəcəm.
– “Neftçi”yə niyə ikinci variant kimi baxırsan? Daha az maaş təklif edirlər?
– Buna açıqlama vermək istəmirəm. Çünki daha yaxşı variantı və vaxtı gözləyirəm.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza