Dünya futbolu
Lopetegi: “Qarabağ” iki il əvvəl “Atletiko”nu büdrədib”
İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xu…
İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib:
“APOEL Çempionlar Liqasının son yarımfinalçısı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrədib. Avropada hər bir oyun 3 xal deməkdi. Biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu".
Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda "Qarabağ" "Sevilya"nı qəbul edəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var