Premyer-liqa
“Neftçi” “Böyük oyun” öncəsi azarkeşlərə müraciət etdi
AFFA İntizam Komitəsinin 27.08.2013 tarixli qərarına əsasən 2013…
AFFA İntizam Komitəsinin 27.08.2013 tarixli qərarına əsasən 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. Futbolinfo.az xəbər verir ki, bununla əlaqədar “Neftçi” bu gün keçiriləcək əzəli rəqiblə görüş öncəsi azarkeşlərə müraciət ünvanlayıb:
“Neftçi” AFFA-nın qərarına hörmətlə yanaşmağa borcludu. Qərara uyğun olaraq Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb. “Neftçi” olaraq azakeşlərdən, AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşmağı xahiş edirik”. (klub saytı)