Dünya futbolu
Tam təqvim bu gün açıqlanacaq
Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib…
Azərbaycan Premyer Liqasında IV turun təqvimi müəyyənləşib. Milli komandaların seçmə mərhələ oyunları üçün çempionatda verilmiş fasilədən sonrakı ilk turda azarkeşlər mərkəzi oyuna şahidlik edəcək. Belə ki, "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
IV turda həmçinin 6 xalla 2-3-cü yerləri bölüşən "Keşlə" və "Səbail" üz-üzə gələcək. Bundan başqa, "Sabah" "Qəbələ"ni, "Sumqayıt" "Zirə"ni qəbul edəcək.
IV tur: "Qarabağ" – "Neftçi", "Sumqayıt" – "Zirə", "Sabah" – "Qəbələ", "Keşlə" – "Səbail".
Peşəkar Futbol Liqası daha öncə ilk 3 turun təqvimini açıqlamışdı. Avrokubokda çıxış edən təmsilçilərimizin aqibətinin müəyyənləşməsindən sonra qurum artıq bütöv təqvimi müəyyənləşdirib və bu gün təqdim edəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə