Dünya futbolu
Nəbiyevdən 180 dəqiqəyə 2 qol
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi…
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyunlarını keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində səfərdə “Jiskra” ilə qarşılaşıb və 3:4 hesabıyla məğlub olub. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da Nəbiyev vurub. U-21 yığmamızın üzvü 7 və 31-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
“Slaviya”nın gənclərdən ibarət komandası 4-cü tur çərçivəsində doğma meydanda “Kraluv Dvur”la üz-üzə gəlib. Komandasının 0:1 hesabıyla uduzduğu oyunda Fərid də 90 dəqiqə meydanda olub.
“Slaviya”nın U-21 komandası 4 turdan sonra 6 xalla 16 iştirakçı arasında 7-cidi.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə