Ölkə futbolu
"Qəbələ"nin yeni baş məşqçisi
“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edə…
“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. Rəhbərliyin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.