Dünya futbolu
FİFA yekun namizədləri açıqladı – İlin ən yaxşıları
FİFA 2018/19 mövsümünün ən yaxşıları adına y…
FİFA 2018/19 mövsümünün ən yaxşıları adına yekun namizədləri açıqlayıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, ilin ən yaxşı futbolçusu, ən yaxşı qapıçısı, ən yaxşı baş məşqçisi adına və ilin ən yaxşı qoluna verilən Ferents Puşkaş mükafatına namizədlər açıqlanıb:
Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Vircil van Dayk (“Liverpul”);
Ən yaxşı qapıçı:
Alisson Bekker (“Liverpul”), Ederson (“Mançester Siti”), Mark-Andre Ter Ştegen (“Barselona”);
Ən yaxşı baş məşqçi:
Pep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Maurisio Poçettino (“Tottenhem”);
Ferents Puşkaş mükafatı:
Lionel Messi (“Barselona”), Xuan Kintero (“River Pleyt”), Daniel Jori (“Debretsen”).
Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq