Dünya futbolu
Əmrə Can ÇL üçün sifariş olunmadı: “Çox qəzəbliyəm”
“Yuventus”un futbolçusu Əmrə Canın adı Ç…
“Yuventus”un futbolçusu Əmrə Canın adı Çempionlar Liqasının qrup oyunları üçün açıqlanan heyətə daxil edilməyib.
Futbolinfo.az xəbər verir ki, bu türk əsilli almaniyalı yarımmüdafiəçini özündən çıxarıb. O, baş məşqçi Mauritsio Sarrinin bu qərarına təəccübləndiyini deyib:
“Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim cəmi bir dəqiqə davam etdi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi. Çox qəzəbli, eyni zamanda məyusam. Çünki ötən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra klub rəhbərliyi ilə bu barədə bir daha danışacam. Mənə PSJ-dən təklif var idi, amma mən Çempionlar Liqasında oynamaq şərti ilə “Yuventus”da qalmağı seçdim”.
Qeyd edək ki, Əmrə Canla yanaşı, Mario Mancukiç və Corco Kyellini də Çempionlar Liqasının oyunları üçün sifariş olunmayıb.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Ölkə futbolu2024-04-30 11:25
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib