Dünya futbolu
Messi evində qalacaq
Lionel Messi "Barselona"dan ayrılacağı iddialarına m&uum…
Lionel Messi "Barselona"dan ayrılacağı iddialarına münasibət bildirib. Argentinalı hücumçu Kataloniya klubunda qalmaq istədiyini deyib: "Barselona" mənim evimdir. Mən getmək istəmirəm. Komandamla qələbələr qazanmağı arzulayıram".
Qeyd edək ki, Messi "Barsa" ilə bu mövsümün sonu başa çatacaq müqavilənin müddətini hələ də yeniləməyib. ABŞ-ın “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhemin onu komandasında görmək istədiyi iddia olunur.