Dünya futbolu
Emil Balayev: “Nəticəni bir qol həll edəcəkdi”
“Çətin oyun olacağını başa düşürdük….
“Çətin oyun olacağını başa düşürdük. Qarşılaşmanın nəticəsini bir qol həll edəcəkdi və bunu son dəqiqələrdə biz vurduq”.
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib. Qazaxıstan Premyer Liqasının 27-ci turunda "Şaxtyor"un qonağı olan "Tobol" 1:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.
Qarşılaşmadan sonra klubun rəsmi saytına danışan Balayev qələbədən məmnunluğunu bildirib: "Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadı. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundu. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".
Qeyd edək ki, 58 xalla zirvədə qərarlaşan "Tobol" ən yaxın izləyicisi "Kayrat"ı 2 xal qabaqlayır.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə