Ölkə futbolu
“Qəbələ” APOEL üzərində qələbəni əldən verdi
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verib.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edən “qırmızı-qaralar” 1-ci mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşıb.
İlk oyun Nikosiyanın “Makarion” stadionunda baş tutub. Oyunda hesabı Azərbaycan təmsilçisi açıb. Amma buraxılan erkən qola baxmayaraq, Kipr klubu fasilədən dərhal sonra hesaba tarazlıq gətirməyə nail olub. Beləcə, ilk oyun heç-heçə yekunlaşıb.
UEFA Gənclər Liqası
Çempionlar yolu
1-ci mərhələ, ilk oyun
2 oktyabr
APOEL – “Qəbələ” 1:1
Qol: Qavriel, 48 – T.İsazadə, 9.
Hakimlər: Furkat Atacanov, Denis Labaşyov, Sergey Kalaçyov (hamısı Qazaxıstan).
Nikosiya. “Makarion” stadionu.
Qəbələ: 1. Müşviq Nadirov, 2. Rüstəm Nuruyev (k), 3. Rüfət Əhmədov, 4. Vüsal Məsimov, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mürsəlov, 10. Təbriz İsazadə, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov.
Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 6. Fərid İsgəndərov, 11. Samir Məhərrəmli, 13. Nicat Əliyev, 15. Nemət Şıxəmirov, 16. Rauf Məhərrəmov, 18. Emil Səfərov.
Baş məşqçi: Famil Xəlilov.