Premyer-liqa
“Bundan sonra yalnız irəli getməliyik”
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz P…
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun əvvəlinə baxdıqda rahat qələbə qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər buraxdıq. Futbol yalnız hücum deyil, müdfiədən də ibarətdi. Qol vurduqdan sonra taktiki dəyişiklik etdik, müdafiədə sabit oynamağa başladıq. Çox yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bu, 2-3 top vurduğumuz oyunda bizim üçün faciədi. Bunun üzərində çalışacağıq. Bugünkü oyunda qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.