Ölkə futbolu
“Düdelanj”ın kapitanı: “Qarabağ” önündə favorit deyilik”
“Bu qarşılaşmanın qrupdan çıxmaq baxımından həlle…
“Bu qarşılaşmanın qrupdan çıxmaq baxımından həlledici olub-olmadığına şərh gətirmək istəmirəm. Hər oyunun əhəmiyyəti var".
Futbolinfo.az xəbər verir ki, bunu "Düdelanj"ın kapitanı Conatan Juber deyib.
Lüksemburq təmsilçisi Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək.
Oyunöncəsi yerli mətbuata danışan 40 yaşlı qolkiper onlar üçün çempionatın daha vacib olduğunu söyləyib: "Biz "Qarabağ" önündə favorit rolunda deyilik. Ancaq bu, matçı yüngül oynamağa imkan verəcəyimiz anlamına gəlməməlidi. Avropa Liqası dueli bizim üçün çox vacibdi. Amma klubun prioriteti çempionluq olaraq qalır. Unutmamalıyıq ki, artıq rəqabət də gərginləşib. "Qarabağ"a qarşı yaxşı nəticə sayəsində bazar günü inamlı çıxış edə bilərik.
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq