Ölkə futbolu
Rəşad Sadıqov azarkeşləri necə sakitləşdirdi? – VİDEO
Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan …
Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" – "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.
Futbolinfo.az xəbər verir ki, buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. "Qarabağ"ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər.
Gərgin anlardan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqov azərbaycanlı azarkeşlər tərəfə yollanıb, onlarla qısa söhbət edib. Təcrübəli müdafiəçi onlardan meydana daxil olmamalarını xahiş edib.