Dünya futbolu
Heç kimin bacarmadığını o etdi
“Los Anceles” klubu MLS-in sonuncu – 34-cü turu…
“Los Anceles” klubu MLS-in sonuncu – 34-cü turunda “Kolorado Rapids”i məğlub edib – 3:1.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Los Anceles”in hücumçusu Karlos Vela üçün əlamətdar olub.
Belə ki, komandasının hər üç qoluna imza atan Vela, bu mövsümdə qollarının sayını 34-ə çatdırıb. 29 yaşlı hücumçu, bununla da, MLS tarixində bir mövsümə ən çox qol vuran futbolçu ünvanını qazanıb.
Daha əvvəl MLS-də heç kim bir mövsümdə 31-dən çox qol vura bilməmişdi.
Vela karyerası ərzində “Çivas”, “Arsenal”, “Real Sosyedad” kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından “Los Anceles”də forma geyinir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”