Dünya futbolu
10 kq doşaba futbolçu transfer etdilər
Türkiyə futbolunda daha bir maraqlı transfer gerçəklə?…
Türkiyə futbolunda daha bir maraqlı transfer gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, həvəskarlar liqasında mübarizə aparan “Aladağ” klubu yarımmüdafiəçi Oktay Karakanı 10 kq doşaba transfer edib.
Türkiyə mətbuatının yazdığına görə, 35 yaşlı futbolçunu transfer etmək istəyən klubun maliyyə problemləri səbəbindən onu almağa pulu olmayıb. Bu üzdən də klub prezidenti Hüseyn Ağaoğlu futbolçuya daha çox təmsil etdikləri Adanada istehsal olunan ardıc doşabı təklif edib və Karakan da buna razı olub.
Tərəflər 1 illik müqaviləyə imza atıblar. Təqdimat mərasimində futbolçuya çatacaq 10 kq doşab da təqdim olunub.
Xatırladaq ki, Türkiyə həvəskarlar liqasında bir neçə ay öncə daha bir maraqlı transfer gerçəkləşmişdi. Belə ki, "Korqanspor" klubu "ASP Spor"dan transfer etdiyi Mustafa Partal və "Merzifonspor"dan aldığı Burak Karabayraka maaş olaraq ayda bir kisə (60 kq) fındıq veriləcəyini açıqlamışdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı