Dünya futbolu
PSJ Avropada yeni rekorda imza ata bilər
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yeni r…
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekord qeydə alına bilər.
Futbolinfo.az xəbər verir ki, PSJ qrup mərhələsində 3 turdan sonra növbəti mərhələyə vəsiqə qazanan ilk klub ünvanına sahib çıxa bilər.
Bunun üçün Paris təmsilçisinin səfərdə qarşılaşacağı Belçika “Brügge”sinə qalib gəlməli, İstanbulda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) matçında isə heç-heçə qeydə alınmalıdı.
PSJ ilk iki turda “Real” və “Qalatasaray”a qalib gəlib. İstanbuldakı görüş heç-heçə yekunlaşsa, ardıcıl üçüncü qələbə sayəsində xalını 9-a çatdıracaq Paris klubu 1/8 finala vəsiqəni təmin etmiş olacaq. Çünki qrupdakı digər klubların hər birində cəmi 2 xal olacaq.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, PSJ buna nail olsa, ÇL tarixində 3 turdan sonra qrupdan çıxmağı bacaran ilk kluba çevriləcək.
ÇL-dən fərqli olaraq, Avropa Liqasında bir dəfə belə bir uğura imza atılıb. Portuqaliyanın “Sportinq” klubu 2011/12 mövsümündə cəmi 3 tura növbəti mərhələyə vəsiqəni təmin edib.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir